Sosial Fəaliyyətlər GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

1
 
Gəncliyə Yardım Fondunun kollektivi 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
 
Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.
 
Daha sonra Fond nümayəndələri Türk şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini də ziyarət edib.