Yanvarın 23-də Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında “Elm və İrfan Məclisi”nin növbəti görüşü keçirilib. Görüşdə filosof, Bakı Slavyan Universitetin dosenti Müşfiq Şükürov “Şərq fəlsəfəsi” mövzusu ilə çıxış edib.
Müşfiq Şükürov çıxışında Şərq fəlsəfəsinin tarixi kökləri, əsas simaları və onların fəlsəfi görüşlərinin müasir dövrdə əhəmiyyətindən bəhs edib. Elm-texniki tərəqqinin yüksək həddi yaşanılan dövrdə insanın öz mahiyyətindən qoparıldığını, praqmatik düşüncənin cəmiyyəti riyazi sistemlə təsvir etdiyini qeyd edən filosof, bildirib ki, Şərq fəlsəfəsi insanın mənəviyyatı, vicdanı üzərinə qurulub.
Daha sonra sual-cavab sessiyası və mövzu ətrafında müzakirə baş tutub.
Görüşün sonunda Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən Müşfiq bəyə xatirə hədiyyəsi təqdim edilib.












