Bu gün “15 Temmuz Derneği”nin sədri İsmail Hakkı Turunç, sədr müavinləri Ahmet Şekerli və Akın Bayram, eləcə də şəhid ailələri Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət çərçivəsində qonaqlar Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə görüşüblər.
İsmail Hakkı Turunçun rəhbərlik etdiyi nümayəndə heyətinə Fondun illər ərzində həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verilib.
İsmail Hakkı Turunç Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonda Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən İsmail Hakkı Turunç bəyə xatirə hədiyyəsi təqdim edilib.











