Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Tabip Gülbay və nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib və Fondunun rəhbərliyi ilə görüşüblər.
Salih Zeki Meriç qonaqlara Gəncliyə Yardım Fondunun illər ərzində həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
Dr. Tabip Gülbay Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.









