Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyini Ziyarət Edib

GYF Rəhbərliyi Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyini Ziyarət Edib

32

Gəncliyə Yardım Fondunun rəhbərliyi Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində ŞKTR-nın Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganerlə görüş keçirilib.

Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edən layihələr haqqında geniş məlumat verib.

Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Ufuk xanım Turganer də öz növbəsində Salih Zeki Meriç və nümayəndə heyətinə ziyarətindən ötrü dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, görüşdə nümayəndəliyin müşaviri Ulaş Kıvılcım və təhsil atteşesi Leyla Güneş də iştirak edib.