Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık Gəncliyə Yardım Fondunu ziyarət edib və Fond rəhbərliyi ilə görüşüb.
Salih Zeki Meriç müşavirə Gəncliyə Yardım Fondunun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
İhsan Açık bəy də Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.










