Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair İntiqam Yaşar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində İntiqam Yaşar Fond rəhbərliyi ilə görüşüb.
Salih Zeki Meriç qonağa Gəncliyə Yardım Fondunun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
İntiqam Yaşar da Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.












