Uncategorized GYF Rəhbərliyi “Birinci Türkoloji Qurultayın Qurucuları və Dərsləri: Tarix və Müasirlik” Mövzulu...

GYF Rəhbərliyi “Birinci Türkoloji Qurultayın Qurucuları və Dərsləri: Tarix və Müasirlik” Mövzulu Konfransda İştirak Edib

15

Fevralın 27-sində Azərbaycan Milli Elmlər Akademiyasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun rəhbərliyi Salih Zeki Meriç və Zeki Şahin iştirak edib.

27-28 fevral tarixlərində davam edəcək beynəlxalq konfransda Azərbaycandan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti , Macarıstan, Almaniya, Polşa, Gürcüstan və digər ölkələri təmsil edən dilçilərin, tarixçilərin, etnoqrafların, ədəbiyyatşünasların və mədəniyyət tədqiqatçılarının məruzələri dinləniləcək.