Sosial Fəaliyyətlər GYF-də Şəhid və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

GYF-də Şəhid və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

34
 
Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar süfrəsi Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra İbrahim Vəkilov Gəncliyə Yardım Fondunun ‎humanitar yardım və sosial sosial fəaliyyətləri barədə qısa məlumat verib. Dr. Eldar Kərimov mədəniyyətimizdə, milli-mənəvi dəyərlərimizdə şəhidliyin ali məqamı, onlara göstərilən hörmət və ehtiram barədə çıxış edib.
 
Salih Zeki Meriç çıxış edərək Ramazan ayının birlik, mərhəmət və paylaşma ayı olduğunu vurğulayaraq, şəhid ailələri və qazilərin daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olduğunu bildirib. Şəhidlər xalqımızın inancında və mənəvi dəyərlər sistemində ən uca məqamda qərar tuturlar. Onlar Vətən uğrunda canlarından keçərək adlarını tariximizə qızıl hərflərlə yazıb, qəhrəmanlıq və fədakarlıq nümunəsinə çevriliblər. Salih bəy qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində şəhidlərimizin qəhrəmanlıq nümunəsi xüsusi rol oynayır və onların ailələrinə sahib çıxmaq hər bir vətəndaşın mənəvi borcudur.
 
Daha sonra şəhid yaxınları və qazilər çıxış edərək Fond rəhbərliyinə iftar süfrələri və daim dəstəklərini əsirgəmədiklərinə görə öz təşəkkürlərini bildiriblər.