Dəniz Fənəri Dərnəyinin nümayəndəsi Resul Ergin Şahin, “İstanbul Ticaret Odası” Marmara İmam Xətib liseyinin müdirinin baş müavini Ali Çiftiçi, müdir müavini Yaşar Başgelen və liseyin şagirdləri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaqlar Fond rəhbərliyi ilə görüşüblər.
Salih Zeki Meriç dərnək nümayəndələrinə Gəncliyə Yardım Fondunun illər ərzində həyata keçirdiyi humanitar yardım, sosial, təhsil fəaliyyətləri, gənclərin milli-mənəvi inkişafına istiqamətləmiş yerli və beynəlxalq layihələr haqqında ətraflı məlumat verib.
Qonaqlar Gəncliyə Yardım Fondunun Azərbaycandakı çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək, səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı humanitar fəaliyyət istiqamətində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.













