Bu gün – 18 mart Çanaqqala Zəfərinin 111-ci ildönümü ilə əlaqədar olaraq “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, QHT rəhbərləri, elm və təhsil müəssisələrinin nümayəndələri, eləcə də Gəncliyə Yardım Fondunun rəhbərliyi iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prof. Dr. Birol Akgün “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub, şəhidlərin məzarları üzərinə qərənfillər düzüb və xatirə kitabını imzalayıb.
Daha sonra cənab səfir və mərasim iştirakçıları Şəhidlər Xiyabanını ziyarətını ziyarət ediblər. Prof. Dr. Birol Akgün tərəfindən Əbədi Məşəl abidəsi önünə çələng qoyulub.

















