Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Rəhbərliyi “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin Qonağı Olub

Gəncliyə Yardım Fondunun Rəhbərliyi “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin Qonağı Olub

1

Ziyarətin əsas məqsədi mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq, uşaqlarla ünsiyyət qurmaq, onların ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və uşaqlara müxtəlif hədiyyələr təqdim etmək olub.

Görüş zamanı Fondun rəhbəri və əməkdaşları mərkəzdə reabilitasiya xidmətlərindən yararlanan uşaqlarla səmimi söhbətlər aparıb, onların gündəlik həyatı, maraqları və gələcək planları ilə maraqlanıblar.

Ziyarət çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq imkanları da müzakirə edilib. Belə ki, uşaqların şəxsi inkişafının dəstəklənməsi, müxtəlif bacarıqların öyrədilməsi, peşəyönümü fəaliyyətlərin təşkili, maarifləndirici və inkişafetdirici məşğələlərin keçirilməsi istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və uşaqların rifahına yönəlmiş təşəbbüslərin genişləndirilməsi baxımından faydalı və məhsuldar olub.