Bu gün Azərbaycan İstiqlal Muzeyində Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümünə həsr olunmuş “İradə bizim, zəfər bizim” adlı tədbir keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar, dövlət qurumlarının nümayəndələri və Gəncliyə Yardım Fondunun idarə heyətinin üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib, şəhidlərin xatirəsi anılıb, daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Demokratiya və Milli Birlik Gününə həsr etdiyi videoçarx nümayiş olunub.
Prof. Dr. Birol Akgün Birol Akgün və Əhliman Əmiraslanov çıxış edərək, 15 İyul hadisələrinin Türkiyə dövlətçiliyinin və xalq iradəsinin təntənəsi kimi tarixə düşdüyünü vurğulayıblar. Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar məruzə ilə çıxış edib.



