Türkiyə Anadolu Universiteti Ədəbiyyat fakültəsi Tarix kafedrasının müəllimi professor Haşim Şahin Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaq Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriçlə görüşüb.
Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, gənclərin inkişafına yönəlmiş layihələrin, elmi və mədəni tədbirlərin davamlı şəkildə həyata keçirildiyini bildirib. O, Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmləndirilməsində vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də gənclərlə çalışan təşkilatların mühüm rol oynadığını vurğulayıb.
Professor Haşim Şahin Fondun fəaliyyətlərini yüksək qiymətləndirib. O, gənclərin maarifləndirilməsi, elm və mədəniyyətin təşviqi, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfələrin əhəmiyyətli olduğunu qeyd edib.
