Bakının İşğaldan Azad Olunması Münasibətilə Türk Şəhidliyi Abidəsi Ziyarət Olunub

Sentyarbın 15-də Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibəti ilə Bakıda Türk Şəhidliyi Abidəsi ziyarət olunub. Ziyarətdə Türkiyənin Azərbaycandakı fövqəladə və səaliyyətli səfiri professor Birol Akgün, səfirliyin müşavirləri, Azərabycanda fəaliyyət göstərən türk məktəb və qrumlarının rəhbərləri, ictimaiyyət nümayənləri, Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç və idarə heyətinin üzvləri iştirak edib.

Əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Daha sonra Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, tər qərənfillər düzülüb.