Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsi, Türk Dövlətləri Təşkilatı ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA, Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə keçirilən konfransda dini liderlər, din xadimləri və elm adamları elmi mühazirə ilə çıxış ediblər.
Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç və idarə heyətinin üzvləri beynəlxalq konfransda iştirak edib.
