Beynəlxalq Sosial Məsuliyyət Dərnəyinin (USSOD) sədri GYF-nin Qonağı Olub

Beynəlxalq Sosial Məsuliyyət Dərnəyinin (USSOD) sədri Mücteba Bektaş Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaq Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriçlə görüşüb.
Gəncliyə Yardım Fondununun prezidenti Salih Zeki Meriç Fondun qonağa Fondun həyata keçirdiyi sosial, humanitar, xeyriyyə və gənclər yönümlü layihələrdən bəhs edib. O, xüsusilə gənclərin inkişafına, onların maarifləndirilməsinə və cəmiyyətin fəal üzvləri kimi formalaşmasında milli-mənəvi dəyərləri ehtiva edən fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
USSOD sədri Mücteba Bektaş göstərilən qonaqpərvərliyə görə Salih Zeki bəyə təşəkkürünü bildirib. Fondun fəaliyyəti ilə yaxından tanış olan Mücteba bəy görülən işlərin olduqca səmərəli və faydalı olduğunu qeyd edib.