Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç və nümayəndə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Yurdagül Aydoğan xanımı ziyarət edib.
Görüşdə təhsil, maarifləndirmə, gənclərlə iş və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları diqqət mərkəzində olub.
Gəncliyə Yardım Fondunun həyata keçirdiyi fəaliyyətlər, xüsusilə gənclərin təhsili, inkişafı və sosial imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq imkanlarını, gələcək birgə layihələri və qarşılıqlı təcrübə mübadiləsini müzakirə ediblər.
