GYF rəhbərliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Görüş zamanı Gəncliyə Yardım Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclərin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş təşəbbüsləri barədə məlumat verilib.

Söhbət zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gənclərlə iş sahəsində fəaliyyətin əhəmiyyəti və Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı məsələlər ətrafında müzakirələr keçirilib.