Türkiyənin Lider Təhsil Platformasının (Lider Eğitim) qalibləri Mahir Gönen, Kenan Özcan və Kodal Velican Gəncliyə Yardım Fondunun qonağı olublar. Qonaqlar ziyarət çərçivəsində Fond rəhbərliyi ilə görüşüb.
Görüşdə Yardım Fondunun prezidenti Salih Zeki Meriç Fondun sosial, humanitar, xeyriyyə və gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, Fondun fəaliyyətində gənclərin təhsilinə, inkişafına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Eyni zamanda milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasındakı rolunu vurğulayıb.
Gənclər səmimi görüş üçün Salih Zeki bəyə öz təşəkkürlərini bildiriblər və gənclər üçün yaradılan imkanların əhəmiyyətli olduğunu qeyd ediblər.
