Monqolustan İslam Dini Assosiasiyası Müftiliyinin rəhbəri Batırbek Hadis və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Ceyhun Rüstəmov Gəncliyə Yardım Fondunu ziyarət edib.
Gəncliyə Yardım Fondununun prezidenti Salih Zeki Meriç Fondun qonağa Fondun həyata keçirdiyi sosial, humanitar, xeyriyyə və gənclər yönümlü layihələrdən bəhs edib. O, xüsusilə gənclərin inkişafına, onların maarifləndirilməsinə və cəmiyyətin fəal üzvləri kimi formalaşmasında milli-mənəvi dəyərləri ehtiva edən fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
Monqolustan İslam Dini Assosiasiyası Müftiliyinin rəhbəri Batırbek Hadis göstərilən qonaqpərvərliyə görə Salih Zeki bəyə təşəkkürünü bildirib. Fondun fəaliyyəti ilə yaxından tanış olan müftü görülən işlərin olduqca səmərəli və faydalı olduğunu qeyd edib.
