Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Gəncliyə Yardım Fondunun qonağı olub. Yücel Karauz ziyarət çərçivəsində Fond rəhbərliyi ilə görüşüb.
Görüş çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç Fondun sosial, humanitar, xeyriyyə və gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, Fondun fəaliyyətində gənclərin təhsilinə, inkişafına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Eyni zamanda milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasındakı rolunu vurğulayıb.
Yücel Karauz həyata keçirilən sosial, ictimai, mədəni yönümlü layihələrin əhəmiyyətli olduğunu qeyd edib və göstərilən səmimi qonaqpərvərliyə görə Salih Zeki Meriçə təşəkkürünü bildirib.
