Sosial Fəaliyyətlər GYF-nin Xeyriyyə Aksiyaları Davam Edir

GYF-nin Xeyriyyə Aksiyaları Davam Edir

5

11.05.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndələri Yasamal rayonu və Əhmədli qəsəbəsində sağlamlıq imkanı məhdudiyyəti olan iki əlili ziyarət edib.

Ziyarət zamanı  ehtiyac sahiblərinə əlil arabası və ərzaq paketi təqdim olunub. Ehtiyac sahibi ailələr Gəncliyə Yardım Fondunun keçirdiyi bu cür xeyriyyə aksiyalarına görə öz minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Gəncliyə Yardım Fondunun bu kimi xeyriyyə aksiyaları davam edir. Fondun təşkil etdiyi xeyriyyə aksiyaları təkcə Bakı şəhərində deyil respublikanın istənilən bölgəsində həyata keçirilir.