Qənirə Paşayevanın “Addım-Addım Türkiyə” Sənədli Filminin Təqdimatı Keçirilib

Noyabrın 3-də mərhum millət vəkili Qənirə xanım Paşayevanın Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filminin təqdimatı keçirilib. Sənədli film 64 gün ərzində Türkiyənin 57 vilayətində çəkiliş aparılaraq Elnurə Kazımovanın rejissoruluğu ilə hazırlanıb. Tədbridə Gəncliyə Yardım Fondunun nümayəndəsi Eldar Kərimov da iştirak edib.

GYF-də Zəfər Gününə Həsr Edilmiş Tədbir Keçirilib

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş “Zəfər Sənindir Azərbaycan” adlı tədbir keçirilib.   Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələblərin iştirakı ilə keçirilən tədbirdə tarixçi-yazar, “2914: Biz sülh istəyirdik” kitabının müəllifi Vasif Qurbanzadə Azərbaycanın uzaq və yaxın tarixində Qarabağ, Qarabağın siyasi əhəmiyyəti, ermənilərin Qarabağ iddiasının səbəbləri və zəfərlə bitən “Vətən...

Türkiyə Cümhuriyyətinin Qurulmasının 100 İlliyi Qeyd Olunub

Gəncliyə Yardım Fondunun nümayəndələri Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi tərəfindən Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda iştirak ediblər.

Gəncliyə Yardım Fondunda “Natiqlik Və Uğur” Təlimi Keçirilib

Gəncliyə Yardım Fondunda Light Up Traning Platformunun təşkilatçılğı ilə “Natiqlik və Uğur” adlı təlim keçirilib. “Karnegi Klub Treninq Mərkəzi”nin rəhbəri peşəkar təlimçi Nəcəf Allahverdiyev natiqlik sənətinin incə məqamları və uğur qazanmağın yolları mövzusunda gənclərlə öz tövsiyyələrini bölüşüb və onların sullarını cavablandırıb. Təlimin sonunda Light Up Traning Platformu tərəfindən Nəcəf bəyə xatirə hədiyyəsi tədqim edilib.

“Türk Dünyasında Mədəniyyət Və Kommunikasiya” Adlı Panel Müzakirə Keçirilib

Gəncliyə Yardım Fondunun Bakı təhsil koordinatoru Dr. Rüfət Şirinov və təhsil şöbəsinin əməkdaşı Şahalı Cəlilov III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumu çərçivəsində keçirilən “Türk Dünyasında Mədəniyyət və Kommunikasiya” adlı panel müzakirədə iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin moderatoru olduğu panel müzakirədə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi general-mayor Yücel...

NAYORA-da Narkotiklə Mübarizə Mövzusunda Görüş Keçirilib

Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində narkotiklə mübarizədə yaxından çalışan qurumların nümayəndələrinin gənclər təşkilatları və fəal gəncləri ilə keçirilən görüşdə iştirak edib. Səhiyyə Nazirliyindən, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsindən, Dövlət Komissiyasından və Gənclər Fondundan olan nümayəndələrin ekspert qismində çıxış etdiyi görüşdə gənclər təşkilatlarının narkotiklə mübarizədə fəaliyyəti müzakirə olunub, bu istiqamətdə keçirilən...

Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib

Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə25 Oktyabr 1993-cü ildə I Qarabağ müharibəsində Zəngilanın müdafiəsi zamanı mənfur düşmənlərə qarşı döyüşdə şəhid olan Daxili İşlər Nazirliyinin 7 polis əməkdaşının 30-cu anım günün keçirilib. Tədbirdə 7 polis şəhid İsmayılov İsmayıl Barat oğlu, Bəşirov Fazil Arif oğlu, Quliyev...

GYF-də “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” Adlı Tədbir Keçirilib

21 oktyabr 2023-cü il tarixində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev konfrans zalında “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” adlı tədbir keçirilib. Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov salamlama nitqi ilə tədbiri açıq elan edib və layihə haqqında...

BİGA-da “Qarabağ Zəfəri” Adlı Seminar Keçirilib

Oktyabrın 21-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Türkiyənin keçmiş hərbi ateşesi General Mayor Yücel Karauz tərəfindən “Qarabağ Zəfəri” adlı seminar keçirilib. İlk olaraq BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağa akademiyanın məqsədi və  fəaliyyəti barədə məlumat verib. Daha sonra Yücel Karauz “Qarabağ zəfəri”nin əhəmiyyəti və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin regionun isqitsadi, siyasi və sosial...

GYF-də Müxtəlif Universitetlərdə Təhsil Alan Tələbələrlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə yeni tədris ilində universitetə qəbul olan tələbələr, müəllimlər və təhsil koordinatorları iştirak edib. Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir yeni dərs ilinə başlayan tələbələrlə öz təcrübələrini bölüşüb və tövsiyyələrini bildirib. Həyatlarının ən vacib mərhələlərindən birinə qədəm qoyduqlarını deyən Sedat Demir, gənclərə...