BİGA-da Süni İntellekt Mövzusunda Vebinar Keçirilib

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Analitik Təhlil və Statistika Şöbəsinin məsləhətçisi Abdullah Məmmədovun təqdimatında "Müasir insanın yeni yol yoldaşı - Süni İntellekt" mövzusunda vebinar keçirildi. Vebinarda iştirakçılar süni intellektin cəmiyyətimizə inteqrasiyası, iş proseslərinin optimallaşdırılmasında rolu və gələcək texnoloji inkişaf perspektivləri müzakirə...

Türkiyənin Sabiq Ailə, Əmək və Sosial Xidmətlər Naziri GYF-ni Ziyarət Edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)  iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri, İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında...

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi GYF-ni Ziyarət Edib

Dini Liderlərin Qlobal Sammiti çərçivəsində Bakıda səfərdə olan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Sabir Musayev Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər.

GYF Rəhbəri Dini Liderlərin Qlobal Sammitində İştirak Edib

Bu gün Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak Edib. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan Sammitin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,...

BİGA-da “Türk Dövlətlər Təşkilatı: İdeyadan Reallığa” Adlı Seminar Keçirilib

Noyabrın 2-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev “Türk Dövlətlər Təşkilatı: İdeyadan Reallığa” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin...

GYF-də Axısxa Sürgününün 80 illiyinə həsr edilmiş “Sürgündən Bu Günə”Adlı Tədbir Keçirilib

Bu gün Gəncliyə Yardım Fondu, Azərbaycanda yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyi və Dəyər TV-nin birgə təşkilatçılığı ilə Axısxa Türklərinin Sürgün edilməsinin 80 illiyinə həsr edilmiş “Sürgündən Bu Günə” Adlı Tədbir keçirilib. Tədbirdə eyni zamanda Dəyər Tv tərəfindən hazırlanmış "Sürgün" filmi təqdim edilib. Axısxa Türklərinin Sürgün edilməsinin 80 illiyinə həsr edilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, səfirliyin...

GYF-də Şəhid Ailələri ilə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib. Gəncliyə Yardım Fondunun himayəsi altında Azərbaycan və Türkiyə xanımlarının birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə sahib çıxaq” layihəsi çərçivəsində baş tutan görüşdə şəhid ailələri və yaxınları, millət vəkilləri, Türkiyə səfirliyinin müşavirləri, ictimaiyyət mümayəndələri iştirak edib. Tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və...

BİGA-da “Şəxsiyyət İnşası” Adlı Seminar Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı “Həzrət Peyğəmbərin Şəxsiyyət İnşası” Adlı Seminar Keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə mühazirəçi qismində Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin üzvü Dr. Alican Tatlı çıxış edib. BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, əvvəlcə gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib, daha sonra isə...

BİGA-da İqlim Böhranlarına Həsr Edilmiş Seminar Keçirilib

Oktyabrın 19-da Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Xəzər Universitetinin müəllimi t.f.d. Telman Nüsrətoğlu “İqlim böhranları və nizamsızlıq dövründə türk dövlətlərinin təhlükəsizlik sahəsindəki əməkdaşlığının önəmi” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən...

GYF Rəhbərliyi Elmi-Praktik Konfransda İştirak Edib

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda iştirak edib. Konfransda ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu...