Türkiyə Diyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Etdilər

Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, Türkiyə Diyanət İşləri Başqanlığının müşaviri, TDV mütəvəlli heyət üzvü Doç. Dr. Fatih Kurt, Türkiyə Diyanət İşləri Başqanlığının Din Xidmətləri Baş İdarəsinin Ailə və Dini Rəhbərlik şöbəsinin mütəxəssisi Fatih Yıldız, TDV Təhsil və Mədəniyyət Xidmətləri Akademik və Mədəni Fəaliyyətlər mütəxəssisi Ali Güner, Bakl Türk Anadolu Liseyinin müdiri Kadir Bektaşoğlu Gəncliyə Yardım Fondunu...

Türkiyə Maarif Vəqfinin Sədr Müavini GYF-ni Ziyarət Etdi

Türkiyə Maarif Vəqfinin sədr müavini Ahmet Bilgili və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri ilə görüşüb. Fondun icraçı katibi Sedat Demir Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da...

GYF-də “Qloballaşan Dünyada Milli Dəyərlər” Mövzusunda Seminar Keçirilib

Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin üzvü, iş adamı Abdurrahman Topbaşın Bakı İstedadlı Gənclər Akademiyasının üzvləri ilə görüşü keçirilib. Görüş zamanı Abdurrahman Topbaş “Qloballaşan Dünyada Milli Dəyərlər” mövzusunda çıxış edib. Abdurrahman Topbaş qeyd edib ki, sürətlə inkişaf edən müasir dünyada mövcudluğu qorumaq elmi tərəqqi və texnoloji nailiyyətlərlə yanaşı milli-mənəvi dəyərlərə sahib çıxaqdan...

GYF-də Karyera Planlanması Təlimlərinə Start Verildi

Gəncliyə Yardım Fondunda Dövlət Məşğulluq Agentliyində Karyera planlaması şöbəsinin əməkdaşı karyera məsləhətçisi, mentor və təlimçi Əli Qurbanlı tərəfindən “Bizi nə dəyərli edir?” adlı təlim keçirilib. Təlimdə Əli Qurbanlı əmək bazarı və inanın əmək bazarında dəyərini formalaşdıran amillər, daxili və xarici faktorlar barədə çıxış edib. Qeyd edək ki, Gəncliyə Yardım Fondunda karyera planlaması təlimləri davamlı olaraq keçiriləcəkdir.

BİGA-da “Milli-Mənəvi Dəyərlər Kontekstində Şüurlu Gənclik” Adlı Seminar Keçirilib

Martın 18-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər kontekstində şüurlu gənclik” adlı seminar keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbərin iştirakı ilə keçirilən seminarda Türkiyənin İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dos. Dr. Veysəl Akkaya məruzəçi qismində çıxış edib. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov əvvəlcə qonağa Akademiyanın məqsəd və fəaliyyətindən bəhs...

Türkiyə Səfirliyi İftar Süfrəsi Təşkil Etdi

Martın 31-də Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi altında Azərbaycan Türkiyə İş Adamları Birliyi, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi, Türkiyə Yüzyılı İşbirliyi və Dayanışma Platformu və Trabzon İş Adamları Platformonun birgə əməkdaşlığı ilə “Birlik və Qardaşlıq İftarı” təşkil edilib. İftar süfrəsində millət vəkilləri, iş adamları, Azərbaycanın din və ictimai xadimləri, Azərbaycanda fəaliyyət göstərən Türkiyə məktəblərinin rəhbər və müəllim kollektivi, şəhid ailələri...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Çox Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayı münasibətilə ehtiyac sahibi ailələrə qıda paketi yardımları etməyə davam edir. Əvvəlcədən Fonda müraciət edən ailələr müəyyən edildikdən sonra qida paketləri Fondun əməkdaşları tərəfindən ehtiyac sahibi ailələrə yaşadıqları ünvanlarda təqdim edilib. Qeyd edək ki, 1000 ailəyə paylanması nəzərdə tutulan qida paketlərinin 600 ədədi respublikanın müxtəlif rayonlarında digər hissəsi isə...

Elm Adamları GYF-nin Ənənəvi İftar Süfrəsində Bir Araya Gəldi

27 mart tarixində təşkil olunan iftar süfrəsində millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Sadiq Qurbanov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru i.f.d Aqil Şirinov və müəllim kollektivi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktou Mehman İsmayılov, Azərbaycanın bir sıra universitetlərinin müəllimləri, müstəqil tədqiqatçılar, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.  

GYF-də Ənənəvi İftar Süfrələri Davam Edir

Hər il Ramazan ayında Gəncliyə Yardım Fondunun konfrans zalında ənənəvi olaraq təşkil edilən iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən insanlar iştirak edir. Bu gün iftarda Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, səfirliyin müşavirləri, Türkdilli Dövlətlərin Parlament Assambleyasın sədri Mehmet Sereyya Er və TÜRKPA əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı müşaviri Ulaş Kıvılcım, Türk İş Birliyi və Koordinasiya Agentliyinin nümandələri, Azərbaycanda...

Azərbaycanlı və Türkiyəli Tələbələr İftar Süfrəsində Bir Araya Gəldi

18 mart tarixində Gəncliyə Yardım Fondu tərəfindən təşkil edilən ənənəvi iftar süfrəsində azərbaycanlı və türkiyəli tələbələr Çanaqqala şəhidlərini yad edib. İftar süfrəsində Çanaqqala şəhidləri başqa olmaqla bütün şəhidlərin əziz xatirəsinə Qurani-kərimdən ayələr tilavət olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık şəhidlik və Ramazan ayı haqqında çıxış edib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tələbələrə öz tövsiyyətlərini verib və gələcək...