GYF Rəhbərliyi “Gənc Ailə Forumu”nun Bağlanış Mərasimində İştirak Edib
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və mətbuat xidmətinin rəhbəri Eldar Kərimov iyunun 12-də keçirlən Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun bağlanış mərasimində iştirak edib. Gənc Ailə Forumu çərçivəsində əvvəlcə Türk Dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib. Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə...
Gəncliyə Yardım Fondu Valideyn Himayəsindən Məhrum Uşaqları Sevindirdi
Gəncliyə Yardım Fondunun idarə heyətinin üzvləri və əməkdaşları “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib. Cari ilin 1-3 mayında Fondda keçirilən Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Xeyirxah Əllər, Xoşbəxt Gələcəklər” adlı ənənəvi “XXI əl işləri Xeyriyyə Sərgisi” layihəsindən əldə olunan vəsait-müxtəlif hədiyyələr valideyn himayəsindən məhrum olmuş uşaqlara təqdim edilib.
Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətin Əsirlərə Yardımları) Adlı Beynəlxalq Konfrans Keçirilib
İyunun 13-də Xəzər Universiteti Tarix və Arxeologiya departamenti, TİKA və Türkiyə Məzunu Akademisyenler ve İşadamları platformasının təşkilatçılığında 30 iyun 2025- ci il tarixində Arxiv Sənədləri İşığında Azərbaycanda Osmanlı əsirləri ve Nargin adlı beynəlxalq konfrans keçirilib. Xəzər Universitetində keçirilən konfransda Birinci dünya müharibəsi dönəmində Osmanlı əsirlərinin həyatı, Nargin adasının əsirlərin həyatındakı rolu, Azərbaycana gətirilən əsirlərin vəziyyəti, Azərbaycan türklərinin əsirlərə yardımları,...
GYF Ehtiyac Sahibi Ailələrə Qurban Əti Payladı
Gəncliyə Yardım Fondu müqəddəs Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərinə davam edir. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır və həmin dövrdən etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2025-ci ildə Gəncliyə Yardım Fondu xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini...
Hasene Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib
Bu gün Hasene Beynəlxalq Yardım Dərnəyinin nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət edib, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüblər. Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş...
Dəyanət Vəqfinin Nümayəndələri Gəncliyə Yardım Fondunu Ziyarət Ediblər
İyunun 4-də Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin nümayəndə heyəti Ankara Yıldırım Beyazit Universitetinin müəllimi Prof. Dr. Yaşat Yiğit, Türkiyə Dəyanət Vəqfinin Müfettiş yardımcısı Yakup Balcı, Aksaray İl müftisi Veysel Işıldar, Keçiörən İlçə Müftiliyi Gülhanə xəstəxanasının imam xətibi Cemal Güneysu və Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət əsnasında...
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə GYF Uşaqları Sevindirdi
Bu gün Tərəqqi İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə mərkəzin müavimləri ilə yanaşı valideyn himayəsindən məhrum edilmiş uşaqlar iştirak edib, əyləncəli və maarifləndirici oyunlar oynanılıb. Eyni zamanda Gəncliyə Yardım Fondunda təşkil edilən Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Xeyirxah...
“Genç” Jurnalının Baş Redaktoru Süleyman Raqıp Yazıcılar GYF-ni Ziyarət Edib
Mayın 31-də “Genç” jurnalının baş redaktoru, yazıçı Süleyman Raqıp Yazıcılar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Dr. Şəmsəddin Kuzəçi Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb. Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir qonağa Fondun fəaliyyətləri haqqında geniş məlumat verilib. Sedat Demir qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil...
BİGA-da “Müasir Gəncin Dünya Rəhbəri” Adlı Seminar Keçirilib
Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Müasir gəncin dünya rəhbəri” adlı seminar keçirilib. BİGA gəncləri ilə bu dəfə görüşdə “Genç” jurnalının baş redaktoru, yazıçı Süleyman Raqıp Yazıcılar çıxış edib. Süleyman Raqıp Yazıcılar çıxışında gəncliyin böyük bir xəzinə olduğunu qeyd edib. Onun sözlərinə görə gələcək...
BİGA-da Silsilə Seminarlar Davam Edir
Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə növbəti seminar keçirilib. Seminarda Türkiyə Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet “Müasir dünyada gənc olmaq” və Ankara Sosial Elmlər Universitetinin müəllimi Prof. Dr. Emir Kaya “Gənclik, cinsəllik və hüquq” adlı məruzə ilə çıxış ediblər. Prof. Dr. Saffet müasir...














