GYF-nin Nümayəndələri ŞKTR-nin Müstəqillik Günü Münasibətilə Keçirilən Tədbirdə İştirak Edib
Noyabrın 28-də Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib. Daha sonra Şimali...
Yusuf Kaplan GYF-də Tələbələrdə Görüşüb
Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə İstanbul Sabahattin Zaim Universitetinin İpəkyolu Mədəniyyətləri Tətbiq və Tədqiqat Mərkəzinin koordinatoru, Məniyyət Təsəvvürü Məktəbinin təsisçisi, araşdırmaçı-yazar Yusuf Kaplanın təqdimatında “Nümunəvi Nəsil və Mədəniyyət Təsəvvürü” adlı seminar keçirilib. Seminarda Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, səfirliyin Dini Xidmətlər müşaviri İhsan Açık, Mətbuat müşaviri Dr. A. Cihangir İşbilir və Ticarət...
GYF-də Rəşad Məcidin 60 İllik Yubileyinə Həsr Edilmiş Kitab Təqdimatı Keçirilib
Noyabrın 23-də Gəncliyə Yardım Fondunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri və Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin 60 illik yubileyinə həsr edilmiş "Qələmli və qələmsiz" Rəşad Məcid kitabının təqdimatı keçirilib. DGTYB-nin sədr müavini, AYB-nin Gənclər Şurasının katibi Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə...
BİGA-da Süni İntellekt Mövzusunda Vebinar Keçirilib
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Analitik Təhlil və Statistika Şöbəsinin məsləhətçisi Abdullah Məmmədovun təqdimatında "Müasir insanın yeni yol yoldaşı - Süni İntellekt" mövzusunda vebinar keçirildi. Vebinarda iştirakçılar süni intellektin cəmiyyətimizə inteqrasiyası, iş proseslərinin optimallaşdırılmasında rolu və gələcək texnoloji inkişaf perspektivləri müzakirə...
Türkiyənin Sabiq Ailə, Əmək və Sosial Xidmətlər Naziri GYF-ni Ziyarət Edib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri, İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında...
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi GYF-ni Ziyarət Edib
Dini Liderlərin Qlobal Sammiti çərçivəsində Bakıda səfərdə olan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Sabir Musayev Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər.
GYF Rəhbəri Dini Liderlərin Qlobal Sammitində İştirak Edib
Bu gün Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak Edib. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan Sammitin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,...
BİGA-da “Türk Dövlətlər Təşkilatı: İdeyadan Reallığa” Adlı Seminar Keçirilib
Noyabrın 2-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev “Türk Dövlətlər Təşkilatı: İdeyadan Reallığa” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin...
GYF-də Axısxa Sürgününün 80 illiyinə həsr edilmiş “Sürgündən Bu Günə”Adlı Tədbir Keçirilib
Bu gün Gəncliyə Yardım Fondu, Azərbaycanda yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyi və Dəyər TV-nin birgə təşkilatçılığı ilə Axısxa Türklərinin Sürgün edilməsinin 80 illiyinə həsr edilmiş “Sürgündən Bu Günə” Adlı Tədbir keçirilib. Tədbirdə eyni zamanda Dəyər Tv tərəfindən hazırlanmış "Sürgün" filmi təqdim edilib. Axısxa Türklərinin Sürgün edilməsinin 80 illiyinə həsr edilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, səfirliyin...
GYF-də Şəhid Ailələri ilə Görüş Keçirilib
Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib. Gəncliyə Yardım Fondunun himayəsi altında Azərbaycan və Türkiyə xanımlarının birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə sahib çıxaq” layihəsi çərçivəsində baş tutan görüşdə şəhid ailələri və yaxınları, millət vəkilləri, Türkiyə səfirliyinin müşavirləri, ictimaiyyət mümayəndələri iştirak edib. Tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və...