Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər
banner

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri”…
Davamını oxu...

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.
Davamını oxu...

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə Gəncə şəhərinə səfər ediblər. Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki…
Davamını oxu...

“Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı

Azərbaycanda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ  Zəfəri və Qarabağ Şəhidləri” şeir müsabiqəsi qaliblərinə hədiyyələri təqdim edilib. TİKA-nın dəstəyi ilə keçirilən yarışmanın mükafatlandırma mərasiminə Türkiyə Respublikasının Azərbaycandakı səfiri…
Davamını oxu...

GYF Ramazan Ayında Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

Hər il olduğu kimi bu il də Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Gəncliyə Yardım Fondu mübarək Ramazan ayının başlaması münasibəti ilə şəhid və qazi ailələrini ziyarət edir və ehtiyac sahibi ailələrə qida paketi yardımları paylayır. Bu münasibətlə Fond əməkdaşları tərəfindən  imkansız ailələr üçün ərzaq paketi hazırlanır və Ramazan ayı boyunca qida paketləri həmin ailələrə təqdim edilir. Qida paketləri respublikanın müxtəlif rayonlarında və Bakı-Abşeron-Sumqayıt ərazilərində paylanır.

Gəncliyə Yardım Fondunun rəhbərliyi 2020-ci il iyulun 12–16 tarixlərində baş verən döyüşləri idarə edən və  iyulun 14-də Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olan Milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanı da ziyarət edib. Fond əməkdaşları Səmayə xanımın və ailənin Ramazan ayını təbrik edib və onlara Gəncliyə Yardım Fondunun şəhidlər üçün hazırladığı xatirə hədiyyələri təqdim edilib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Milli Qəhrəman Polad Həşimovun keçdiyi şərəfli döyüş yolunun  gənclərdə yaratdığı ruh yüksəkliyini xüsusi vurğulayıb.

Səmayə xanım 44 günlük Vətən Müharibəsində qələbəyə və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğlu Polad Həşimovun qisasının alındığına görə məğrur Azərbaycan əsgəri və xüsusi ilə Ali Baş Komandan Cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.

Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu həmçinin Ramazan ayı boyunca Azərbaycanın müxtəlif bölgələrindəki şəhid və qazi ailələrini ziyarət edib.