Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər
banner

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri”…
Davamını oxu...

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.
Davamını oxu...

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə Gəncə şəhərinə səfər ediblər. Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki…
Davamını oxu...

“Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı

Azərbaycanda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ  Zəfəri və Qarabağ Şəhidləri” şeir müsabiqəsi qaliblərinə hədiyyələri təqdim edilib. TİKA-nın dəstəyi ilə keçirilən yarışmanın mükafatlandırma mərasiminə Türkiyə Respublikasının Azərbaycandakı səfiri…
Davamını oxu...

Əhməd Cavadin Xatirəsinə Həsr Edilən Şahmat Turnirinin Qalibləri Müəyyənləşib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  görkəmli şair, publisist, tərcüməçi, professor Əhməd Cavadın doğum gününə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

 Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Əhməd Cavadın nəticəsi  Cavad Axundzadə, Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Eldar Kərimov, “İDEA” Şahmat Klubunun direktoru, turnirin baş hakimi Fidan Talıbova və qalib şahmatçılar iştirak etmişlər.

İlk öncə  tədbir  musiqisi bəstəkar Üzeyir Hacıbəyov  və sözləri  şair Əhməd Cavad tərəfindən tərtib  edilmiş Azərbaycan Dövlət himni ilə başlanılıb.

Tədbirdə çıxış edən Əhməd Cavadın nəticəsi Cavad Axundzadə onlayn şahmat turnirinin Əhməd Cavadın xatirəsinə həsr edildiyinə görə məmnunluğunu ifadə edib.

 “Tariximizin dahiləri” kitabının müəllifi Qoşqar Abbas şairin ömür yolundan, yaradıcılığından danışıb. O, kitablarını qalib şahmatçılara hədiyyə edib.

Qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb. Şahmat turnirində ümumi hesabda Ədalət Umudov, Şəms Fərzəli birinci yeri tutublar. Allahverdi Həmidov II yeri, Ayan Allahverdili  III yeri yutublar.