Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

QHT təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası ikinci dönəm fəaliyyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabandakı məzarını ziyarət etməklə başlayıb. Koalisiya üzvləri olan təşkilatların rəhbərləri və təmsilçiləri 8…
Davamını oxu...

GYF Ramazan Ayında Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

Hər il olduğu kimi bu il də Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Gəncliyə Yardım Fondu mübarək Ramazan ayının başlaması münasibəti ilə şəhid və qazi ailələrini ziyarət edir və…
Davamını oxu...

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Yeni Səfiri Doç.Dr. Cahit Bağcı ilə Görüşdü

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Doç.Dr.Cahit Bağcı ilə görüşüb. Fondun prezindenti Ahmet Tecim Cahit Bağcıya Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni…
Davamını oxu...

Keşkül Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

29 aprel 2021-ci il tarixində Keşkül Beynalxaq Yardım dərnəyinin nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.…
Davamını oxu...

Sosial Fəaliyyətlər

Adı Dastan Olan Şəhidimizin Ailəsi Ziyarət Edildi

Yazan Administrator 03.03.21 10:55

Gəncliyə Yardım Fondunun nümayəndələri 44 günlük Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan kəşfiyyatçı gizir Məmişli Sahil Ağaverdi oğlunun ailələsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında şəhidlərimiz üçün Qurani-Kərimdən ayələr oxunub, ailə üzvlərinə şəhidlərin yüksək mərtəbələri haqqında söhbətlər aparılıb.

Davamını oxu...

 

GYF-də Xocalı Bu Gün Adlı Vebinar Keçirilib

Yazan Administrator 26.02.21 10:23

Gəncliyə Yardım Fondunun təşkilatçılğı ilə Xocalı qurbanlarının yad edilməsi və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə “Xocalı Bu Gün” adlı vebinar keçirilib.

Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilərək başlayıb.

Daha sonra tarixçi Dr. Nizami Əfəndiyev vebinarı açıq elan edərək Xocalı faciəsinin tarixi haqqında qısa məlumat verib. 

Davamını oxu...

 
 

Tanınmış Türkiyəli Aktyor GYF-nin Qonağı Olub

Yazan Administrator 22.02.21 16:01

Bu gün Azərbaycanda səfərdə olan Türkiyəli aktyor Ahmet Yenilmez Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Görüşün sonunda qonağa xatirə ‎olaraq “Qardaş Köməyi” kitabı təqdim edilib və xatirə fotoları çəkilib.‎

Davamını oxu...

 
 

GYF "Oxunan Hər Kitab Nurlu Sabahdır" Adlı Kitab Aksiyasına Qoşulub

09.02.21 12:00 ərzində olan dəyişikliklər Yazan Administrator 09.02.21 11:53

Gəncliyə Yardım Fondunun kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən "Oxunan hər kitab nurlu sabahdır" adlı kitab aksiyasına qoşulub. Aksiya çərçivəsində Fond 15 adda 205 ədəd bir-birindən maraqlı uşaq kitablarını Firudinbəy Köçərli Adına Respublika Uşqa Kitabxanasına təqdim edib.

Davamını oxu...

 
 

“20 Yanvar – Hüzn Və Milli Qürur Günümüz” Adlı Onlayn Konfrans Keçirilib

21.01.21 12:22 ərzində olan dəyişikliklər Yazan Administrator 21.01.21 12:14

Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – Hüzn və Milli Qürur Günümüz” adlı onlayn konfrans keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları və əlaqədar təşkilatların rəhbərləri iştirak edib. Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş vebinar vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir anlıq sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xəzər universitetinin müəllimi, Tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu tədbir iştirakçılarına 20 Yanvar hadisələri zamanı tarixi həqiqətlər və bugünkü qazanılan zəfər yolu haqqında danışıb. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.

Davamını oxu...

 
 

Gəncliyə Yardım Fondu (GYF) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Yazan Administrator 13.10.20 12:43

Gəncliyə Yardım Fondu Azərbaycan ordusuna dəstək aksiyasına qoşulub.

5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 2 (iki) min manat vəsait köçürüb.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Davamını oxu...

 
 

Səhifə 2 > 47-dəan