İnsani Yardım GYF Təmas Xəttində Yaşayan 2000 Ailəyə Bayram Sevinci Yaşatdı

GYF Təmas Xəttində Yaşayan 2000 Ailəyə Bayram Sevinci Yaşatdı

9

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir.

Gəncliyə Yardım Fondunun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Bu il də kəsilən qurban ətinin bir hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə başda Tərtər və Tovuz rayonlarının təmas xəttində yerləşən kəndlərində məskunlaşan şəhid ailələrinə və aztəminatlı ailələrə paylanmışdır. O cümlədən qeyd edilən bölgələrdə yaşayan 2000 ailə bayran sevincini Gəncliyə Yardım Fondu ilə birgə yaşadı.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur.