Sosial Fəaliyyətlər ADFIMI-nin Baş Katibi Gəncliyə Yardım Fondunun Qonağı Olub

ADFIMI-nin Baş Katibi Gəncliyə Yardım Fondunun Qonağı Olub

4

İslam İnkişaf Bankının Üzv Ölkələrində Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyasının (ADFIMI) baş katibi İlhami Öztürk, Yusuf Vural və Mehmed Raşid Kansu Gəncliyə Yardım Fondunun qonağı olublar. Görüş çərçivəsində qonaqlar Fond rəhbərliyi və idarə heyətinin üzvləri ilə görüşüblər.

Salih Zeki Meriç qonaqlara qurumun fəaliyyət prioritetləri barədə məlumat verərək Fond tərəfindən həyata keçirilən maarifləndirmə proqramları, təhsil layihələri, humanitar təşəbbüslər və gənclərin ictimai fəallığının artırılmasına yönəlmiş fəaliyyətlərdən bəhs edib. O bildirib ki, Gəncliyə Yardım Fondu milli-mənəvi dəyərlərin qorunması və Türk dünyası arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən mühüm ictimai institutlardan biridir.

İlhami Öztürk də öz növbəsində Gəncliyə Yardım Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin ictimai həmrəyliyin formalaşmasına və gənclərin inkişafına mühüm töhfələr verdiyini bildirib.