Təhsil Fəaliyyətləri GYF-də Beynəlxalq Gənc Dərnəyinin Fəalları İlə Görüş Keçirilib

GYF-də Beynəlxalq Gənc Dərnəyinin Fəalları İlə Görüş Keçirilib

2

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ASAN Könüllüləri Təşkilatının təşkilati dəstəyi ilə “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” layihəsi həyata keçirilib. Layihə üç gün təşkil edilib. Bu zaman çərçivəsində yerli və xarici ekspertlərdən ibarət olan təlimçilər qrupu innovativ-texnoloji layihələrin yaradılması, inkişaf etdirilməsi mövzusunda öyrədici və istiqamətləndirici təlimlər aparılıb və gənclərin bu sahədə ideyalarını həyata keçirmək üçün qarşılarına çıxan problemlərin həll edilməsinə birbaşa köməklik göstərilib.

Layihənin əsas məqsədi innovasiyalar sahəsinə gənclərin marağını artırmaq, yeni texnoloji layihələrin yaradılmasına dəstək göstərmək, yerli və xarici iştirakçılar arasında ideya mübadiləsini stimullaşdırmaq , startup mədəniyyətini təbliğ etmək, potensial ideyaların reallaşdırılması məqsədi ilə beynəlxalq və yerli donorlar tərəfindən təcrübə və texniki dəstək imkanlarını yaratmaqdan ibarət olub. Təkilatçıların sözlərinə görə bu layihə davamlı olara hər il daha geniş bir şəkildə Azərbaycanımızın başqa bir bölgəsində keçiriləcək.

Tədbirdə dünyanın bir neçə ölkəsi ilə yanaşı  Türkiyənin  “Uluslararası Genç Derneği”nin fəalları da iştirak edib. Gənc fəallar eyni zamanda Gəncliyə Yardım Fondunu ziyarət edib və fondun fəaliyyəti, xüsusilə gənclər sahəsində gördüyü işlərlə yaxından tanış olublar. Görüşün sonunda gənclərə fond rəhbərliyi tərəfindən vətəninin azadlığı və bütövlüyü uğrunda qəhrəmanlıq göstərən insanlara həsr olunmuş xatirə hədiyyəsi təqdim olunub.