Sosial Fəaliyyətlər Doç. Dr. Cahit Bağcı Gəncliyə Yardım Fondunu ziyarət edib.

Doç. Dr. Cahit Bağcı Gəncliyə Yardım Fondunu ziyarət edib.

25

Bu gün Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında cənab səfir fond əməkdaşları ilə görüşüb və görülən işlərlə yaxından tanış olub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim cənab səfirə fondun gördüyü xeyriyyə və təhsil fəaliyyətləri ilə əlaqəli geniş məlumat verib. Görüşdə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin günü-gündən daha da inkişaf etdiyi və Gəncliyə Yardım Fondunun da iki qardaş dövlət arasındakı mənəvi bir körpü rolu oynadığı qeyd edilib.

Səfir Cahit Bağcı fondun bütün əməkdaşları ilə görüşərək onların fəaliyyətlərində uğurlar arzulayıb və inkişaf edən dünyada davamlı olaraq özlərinin elmi tərəqqisinə diqqət etməsi xüsusi tövsiyə edib. Daha sonra səfir Gəncliyə Yardım Fondunun təşkil etdiyi “Yay məktəbi”nin müdavimləri ilə görüşərək onlara sertifikatlarını təqdim edib. Görüşün sonunda kollektiv xatirə rəsmi çəkilib və fond rəhbərliyi tərəfindən səfirə xatirə hədiyyəsi təqdim edilib.