Sosial Fəaliyyətlər GYF-də Yay Məktəbinin Müdavimləri Mükafatlandırılıb

GYF-də Yay Məktəbinin Müdavimləri Mükafatlandırılıb

14

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras zalında Tərəqqi İnkişaf Mərkəzinin “Yay məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı, Gəncliyə Yardım Fondunun Bakı şəhəri üzrə təhsil koordinatoru  Dr. Rüfət Şirinov və yay məktəbində iştirak edən uşaqların valideynləri iştirak edib. Ahmet Tecim Tərəqqi İnkişaf Mərkəzi tərəfindən hər il keçirilən “Yay məktəbi” layihəsinin uşaqların yay tətillərini səmərəli keçirmələri, yeni və faydalı məlumatlar əldə etmələri, onların sosiallaşmasındakı əhəmiyyətini vurğulayıb və uşaqlara gələcək həyatlarında uğurlar arzulayıb. Dr. Rüfət Şirinov isə layihənin uşaqların yoldaşlıq, dostluq kimi insani hislərinin formalaşmasında və milli-mənəvi dəyərlərin mənimsənilməsində böyük rol oynadığını qeyd edib.

Daha sonra usaqkitabi.az saytının koordinatoru Qoşqar Abbasov sayta yüklənən elektron və audio kitablar, həmçinin həyata keçirilən layihələr haqqında uşaqlara və valideynlərə məlumat verib.

Tədbirin sonunda “Yay məktəbi” layihəsində iştirak edən şagirdlərə sertifikat və dəyərli hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

Qeyd edək ki, Tərəqqi İnkişaf Mərkəzinin uşaqlar üçün hər il təşkil edilən “Yay məktəbi” layihəsi çərçivəsində uşaqlar üçün bir-birindən maraqlı dərslər keçirilir və asudə vaxtlarının səmərəli keçirilməsi üçün maarifləndirici seminarlar təşkil edilir.