Sosial Fəaliyyətlər Vətən Müharibasinin Anım Günü Münasibəti ilə Qazilərlə Görüş Keçirilib

Vətən Müharibasinin Anım Günü Münasibəti ilə Qazilərlə Görüş Keçirilib

29

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin Anımgünü ərəfəsində Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi hissəsində ikinci Qarabağ müharibəsinin qaziləri ilə görüş keçirilib.  Görüşdə qazilər – XTQ mənsubları kapitan Məlikov Famil, kapitan Məmmədov Elvin, baş gizir Bani-Paşa Əvəz, baş gizir Məmmədov Mahir, Quru Qoşunlarından baş-leytenant Pərviz Aslanov, “Hərbi And” qəzetinin və Gəncliyə Yardım Fondunun Mətbuat Xidmətinin rəhbəri Eldar Kərimov və fondun əməkdaşı Qoşqar Abbasov iştirak ediblər.

Əvvəlcə Milli Qvardiyanın hərbi hissəsində Ümumilli lider Heydər Əliyevin xatirəsini yad edilib, büstü önünə gül dəstələri qoyulub və Heydər Əliyevin muzeyi ziyarət edilib.

Şəhidlərimizin xatirəsinin yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində 44 günlük zəfər tarixinin rəşadətlik nümunəsi göstərərək yazan hərbiçilərimiz şanlı döyüş yolları haqqında danışıblar. İkinci Qarabağ müharibəsinin qazilərinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyini sədri Emin Həsənlin çıxışlarında müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdiyi, Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan düşmənnin hərbi kaputilyasiyasıyaya məcbur edildiyi qeyd edilib. Eyni zamanda bu qələbənin ümumillikdə bir yumruq kimi birləşən Azərbaycan xalqının və dövlətimizin qələbəsi olduğu vurğulanıb.

Daha sonra tədbir iştirakçıları şəxsi heyətin məişət şəraiti, sinif otaqları və əsgər yataqxanası ilə tanış olub, şəxsi heyətlə birgə nahar ediblər.