Sosial Fəaliyyətlər Vətən Müharibəsinin Qazisi GYF-nin Qonağı Olub

Vətən Müharibəsinin Qazisi GYF-nin Qonağı Olub

15
Vətən Müharibəsinin Qazisi GYF-nin Qonağı Olub
Vətən Müharibəsinin qazisi Qayıbov İnqilab Ələsgər oğlu Gəncliyə Yardım Fondunun qonağı olub. Qazi İnqilab Qayıbov keçirdiyi məşəqqətli döyüş yolunu, şanlı zəfərə addım-addım irəliləyərkən keçirdiyi qürur hissini, Azərbaycan Ordusunun gücü və qüdrəti qarşısında düşmənin qorxaraq geri çəkilməsini, həmçinin ön cəbhədə olarkən arxa cəbhədə bütün Azərbaycanın bir olmağı və mənəvi dəstəklərindən onun timsalında bütün Azərbaycan Ordusunun hiss etdiyi duyğu və düşüncələri Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə bölüşüb.
Gəncliyə Yardım Fondu tərəfindən Vətən Müharibəsi qazisinə xatirə hədiyyəsi təqdim edilib və fotolar çəkilib.
Qeyd edək ki, Qayıbov İnqilab Ələsgər oğlu Vətən Müharibəsindən dərhal sonra digər qazilərimiz kimi yaşadığı ünvanda Fond rəhbərliyi tərəfindən ziyarət edilmiş və keçdiyi döyüş yolu haqqında geniş məlumat əldə edilmişdir.