Təhsil Fəaliyyətləri GYF-də Reklamçılıq və Marketinq Adlı Seminar Keçirilib

GYF-də Reklamçılıq və Marketinq Adlı Seminar Keçirilib

8

Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Akademiyanın nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Klubu Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Fərid Məhiyəddinovun təqdimatında “Reklamçılıq və Marketinq” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. Fərid Məhiyəddinov bazar iqtisadiyyatında reklam və marketinqin əhəmiyyəti, rüblük və illik marketinq planlarının hazırlanması, reklamın brendə və satışın artmağına etdiyi təsir haqqında vacib məlumatları seminar iştirakçıları ilə bölüşüb. Daha sonra isə tələbələr tərəfindən verilən sualları cavablandırıb.

Qeyd edək ki, Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı mütəmadi olaraq seminarlar, mühazirələr, öz sahələrinin peşəkarına çevrilmiş insanlarla görüşlər, kitab müzakirələri həyata keçirilir.