Təhsil Fəaliyyətləri GYF-də Şahmat Turniri Keçirilib

GYF-də Şahmat Turniri Keçirilib

5

Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “Gənclər Arasında Şahmat Turniri” keçirilib. Turnirdə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 24 tələbənin iştirak edib. “Gənclər Arasında Şahmat Turniri”ndə rəqiblərini mat edərək Nazar Qasımlı I yerin, Elnur Qasımlı II yerin, Fərid İsmayılov III yerin, Akif Salamov isə IV yerin qalibi olub.

Qeyd edək ki, Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə mütəmadi olaraq seminarlar, mühazirələr, öz sahələrinin peşəkarına çevrilmiş insanlarla görüşlər, kitab müzakirələri həyata keçirilir.