Təhsil Fəaliyyətləri GYF-də Karyera İnkişafı Adlı Seminar Keçirilib

GYF-də Karyera İnkişafı Adlı Seminar Keçirilib

15

Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “Freds Englis” Beynəlxalq Dil Mərkəzinin rəhbəri peşəkar təlimçi Tofiq Ələkbərovun  təqdimatında “Karyera İnkişafı” adlı seminar keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirak etdiyi seminarda Tofiq Ələkbərov kariyera planlaması və tələbəllik illəri ərzində təcrübə proqramlarının əhəmiyyətindən bəhs edib. Daha sonra tələbələr tərəfindən verilən suallar cavablandırılıb, həmçinin peşəkar təlimçi Tofiq Ələkbərov gənclərə keryera və biznes mövzularında kitab tövsiyyələri edib. Seminarının sonunda gənclərlə öz dəyərli fikirlərini bölüşən Tofiq Ələkbərova Gəncliyə Yardım Fondu tərəfindən hədiyyə təqdim olunub və xatirə fotoları çəkilib.

Qeyd edək ki, Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə mütəmadi olaraq seminarlar, mühazirələr, öz sahələrinin peşəkarına çevrilmiş insanlarla görüşlər, kitab müzakirələri həyata keçirilir.