Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Günü Keçirildi

Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Günü Keçirildi

29

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı  Gənclər Akademiyasının təşkilatçılığı ilə fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

Bakı İsdedadlı Gənclər Akademiyasının üzvi Fətəli Rzayev Heydər Əliyevin ömür yolu, ictimai siyasi fəaliyyətlərindən, müasir Azərbaycanın quruculuğundakı xidmətlərindən bəhs edib.

Daha sonra isə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr də Heydər Əliyev haqqında öz fikirlərini bölüşüblər.