Təhsil Fəaliyyətləri GYF-də “Uğur və Natiqlik” Adlı Seminar Keçirilib

GYF-də “Uğur və Natiqlik” Adlı Seminar Keçirilib

17

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İsdedadlı Gənclər Akademiyası təşkilatçılığı ilə fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “Karnegi Klub Treninq Mərkəzi”nin rəhbəri peşəkar təlimçi Nəcəf Allahverdiyevin təqdimatında “Uğur və Natiqlik” adlı seminar keçirilib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

Nəcəf Allahverdiyev gənclərə natiqliyin gələcək həyatımıza təsirindən bəhs edərək kütlə qarşısında çıxış etdiyimiz zaman nə deyəcəyimizdən çox necə deyəcəyimizin vacib olduğunu vurğulayıb. Uğur formulu haqqında çıxışında isə uğursuzluğun uğura gedən yoldakı təsirindən bəhs edərək uğur qazanmış insanların həyatını oxuyaraq təcrübələrindən faydalanmağı tövsiyyə edib.

Daha sonra isə Nəcəf Allahverdiyev tələbələr tərəfindən verilən sualları cavablandıraraq onlara bu sahədə kitab tövsiyyələri edib. Seminarın sonunda Nəcəf bəyə fond tərəfinfən hədiyyə təqdim olunaraq xatirə şəkili çəkilib.