Sosial Fəaliyyətlər GYF Şəhid Ailələrini Sevindirməyə Davam Edir

GYF Şəhid Ailələrini Sevindirməyə Davam Edir

36

Gəncliyə Yardım Fondunun nümayəndələri Qobustan rayonunda yaşayan  Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Qobustan Rayon İcra Hakimiyyətinin Veteranlar şöbəsinin təşəbbüsü ilə baş tutan xeyriyyə fəaliyyətində 70 şəhid ailəsi ziyarət edilib, onların problemləri dinlənib və Gəncliyə Yardım Fondu tərəfindən hər bir ailəyə ərzaq bağlaması təqdim edilib.  Ziyarət əsanasında Fond nümayəndələri bu ailələrin həyat şəraitləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid və qazilərimizin ailələrini mütəmadi olaraq ziyarət edir, humanitar yardımlar göstərir və imkan daxilində ehtiyaclarını qarşılamağa çalışır.