Sosial Fəaliyyətlər Türkiyə Diyanət Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub

Türkiyə Diyanət Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub

20

Türkiyə Diyanət Vəqfinin Himayəçilər Şurasının üzvü Ahmet Akça, Baş Direktorun müavini Abdurrahman Çetin, Diyanət Vəqfi 29 Mayıs Çəktəblərinin müdiri Bahri Kahya və Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə  iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar öz növbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.‎