Sosial Fəaliyyətlər BİGA-nın Üzvləri Film Təqdimatında İştirak Etdilər

BİGA-nın Üzvləri Film Təqdimatında İştirak Etdilər

10

6 yanvar 2022-ci il tarixində Gənc MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə MÜSİAD Azər­baycanın üzvləri, Gəncliyə Yardım Fondunun nümayəndələri və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan Bakı İstedadlı Gənclər Akademiyasının üzvləri Bakı kinoteatrlarında nümayiş etdirilən TRT və “Dijital sanatlar Mustafa Uslu”nun ortaq istehsalı olan “Kesişme: İyi ki varsın Eren” filmini izləyiblər.

Qeyd edək ki, “Kesişme: İyi ki varsın Eren” film 1 avqust 2017-cil tarixində Türkiyənin Trabzon şəhərində PKK terrorist qrupunun açdığı atəş nəticəsində şəhid olan Eren Bülbül və onu qorumağa çalışarkən şəhid olan baş çavuş Ferhat Gedikin həyatından bəhs edir.