Sosial Fəaliyyətlər GYF-də 20 Yanvar Şəhidləri Anılıb

GYF-də 20 Yanvar Şəhidləri Anılıb

35

17 yanvar tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar hadisələri ilə bağlı Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib.

Tədbir 20 Yanvar şəhidləri başda olmaqla, vətən müharibəsi zamanı əziz canlarından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim əvvəlcə qonaqları və tədbir iştirakçılarını salamlayıb, onlara bu tarixi hadisənin tanıdılması yönündə gördükləri işlərə görə öz təşəkkürünü ifadə edib. Ahmet bəy çıxışında 20 Yanvarın təkcə Azərbaycan üçün əhəmiyyətli bir hadisə olmadığını, həmçinin qardaş Türkiyə üçün də eyni əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək 20 yanvarın müstəqilliyimizə gedən yol, azadlıq yolunun başlanğıcı olduğunu və Azərbaycan xalqının canlarını sipər etdiyini vurğulayıb.

Daha sonra millət vəkili, tarix elmləri doktoru  Prof. Anar İsgəndorov 20 yanvar hadisələrini tarixi perspektivdən dəyərləndirərək gənclərə o günü  unutmamalarını və biganə qalmamalarını bildirib.

Son olaraq çıxış edən 20 Yanvar hadisələrinin canlı şahidi və uzun illərdir bu hadisələrin tanıdılması yönündə fəaliyyət göstərən “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə həmin gün ilə bağlı xatirələrini gənclərlə bölüşüb.