Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Şəxsi Sevindirdi

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Şəxsi Sevindirdi

11

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan 40 yaşlı Orxan Əliyevi yaşadığı ünvanda ziyarət ediblər.‎ Orxan Əliyev keçirdiyi avtomabil qəzasında ağır bədən xəsarəti aldığı üçün yerimə qabliyyətini itirib. Fond əməkdaşaları ehtiyac sahibi ailənin müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb.

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.