Sosial Fəaliyyətlər Şəhidimizin “Vətən Məni Çağırdı” Şeir Kitabının Təqdimatı Keçirilib

Şəhidimizin “Vətən Məni Çağırdı” Şeir Kitabının Təqdimatı Keçirilib

11

3 Fevral 2022-ci il tarixində Nərimanov rayonu 73 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidlərinin anım mərasimi və Gəncliyə Yardım Fondu tərəfindən “Şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində hazırlanan və Abşeron Rayonu İcra hakimiyyəti tərəfindən nəşr edilən şəhid Ziyad Muradovun “Vətən məni çağırdı” şeir kitabının təqdimatı keçirilib. Tədbirdə Gəncliyə Yardım Fonunun əməkdaşları Dr. Abbas Qurbanov və Qoşqar Abbasov, Nərimanov rayon icra hakimiyyətinin I müavini Yusif Sadıqov və icra hakimiyyətinin nümayəndələri, şəhid və qazi ailələri iştirak edib. Əvvəlcə I Qarabağ müharibəsi başda olmaqla Vətən Müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nərimanov rayon icra hakimiyyətinin I müavini Yusif Sadıqov dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi qayğı və diqqətə xüsusi diqqət çəkib. 73 nömrəki tam orta məktəbin direktoru Füzuli Həsənov çıxış edərək qeyd edib ki, məktəbin şəhid Ziyad Muradov kimi mərd qəhrəmanların yetişməsində əhəmiyyətli rol oynayıb.

Gəncliyə Yardım Fondunun əməkdaşı Dr. Abbas Qurbanov Gəncliyə Yardım Fondunun əsasının qoyulduğu 1992-ci ildən bu günə qədər şəhid və qazi ailələrinə daim dəstək olduğunu bildirib. Dr. Abbas Qurbanov gənc yaşda şəhid olmağın hər adama qismət olmadığını və gənc yaşında şəhidlik kimi ali məqama qovuşan Ziyad Muradovun şeirlərində vətənə bağlılığını, torpaqların işğaldan azad olunmasını səbirsizliklə gözlədiyini qeyd edib. Natiq, şəhidin qeyd edib ki, şeirlərindən Ziyadın Qarabağ nisgilini daim ürəyində sağladının aydın göründüyünü bildirib və şəhidlərin ruhunun rahat olduğunu, çünki torpaqlarımızın işğaldan azad edildiyini və bunun onların sayəsində olduğunu qeyd edib.

Daha sonra məktəblilər tərəfindən şəhid Ziyad Muradovun şeirləri səsləndirilib və Ruslan Səfəroğlu şəhidin şeirinə bəstələdiyini musiqi parçasını ifa edib.