Təhsil Fəaliyyətləri GYF-də “31 Mart Soyqırımı” Adlı Anım Tədbiri Keçirilib

GYF-də “31 Mart Soyqırımı” Adlı Anım Tədbiri Keçirilib

19

30 mart tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirakı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “31 Mart Soyqırımı” adlı anım tədbiri keçirilib.

Tədbir əziz canlarından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov çıxış edərək 1918-i ilin mart ayında ermənilərdən ibarət yaradılmış kiçik qrupların Bakı və bir sıra rayonlarda kütləvi şəkildə dinc əhaliyə qarşı soyqrım törətdiyini, bunun nəticəsində 30 mindən çox insanın öldürüldüyü, mədəni-tarixi abidələrin yandırılıdığı, dağıdıldığını qeyd edib. Şahalı Cəlilov bu kimi tarixlərin hər zaman diqqət mərkəzində saxlanılmasının və tanıdılmasının vacib olduğunu bildirib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.